AZ

Viruslardan necə qorunaq? VİDEO

Havaların soyuq keçməsilə bağlı qrip infeksiyaları həddindən çox yayılıb. Xüsusən də uşaqları xəstə salan bu viruslardan uşaqları, eləcə də özümüzü necə qoruya bilərik?

Xezerxeber.az-ın məlumatına görə, həkim-pediatr Şəbnəm Azadlı deyib ki, son dövrlər ən çox yayılan virus influnza, rotavirus, adenavirusdur.

O həmçinin qeyd edib ki, virusun əlamətləri yüngül keçir, amma bəzən 0-5 yaş aralığı uşaqlarda ağır bronxitlə, mədə- bağırsaq traktının pozulması ilə özünü göstərə bilir.

“Xüsusən də məktəblərdə virusun yayılmasının qarşısının alınması üçün tədbirlər görülməlidir”,-deyə həkim- pediatr bildirib.  

Qeyd edək ki, orqanizmi müxtəlif viruslara qarşı qorumağın başqa üsulu da qidalanmanın sağlam formada təşkil olunmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
41
5
xezerxeber.az

6Mənbələr