AZ

"Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq" - Rəşad Sadıqov

Misli Premyer Liqasının 18-ci turunda "Səbail"i məğlub edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçı şərh edib. 

Fanat.Az xəbər verir ki, "qartallar"ın çalışdırıcısı səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı belə danışıb:
 
"Olduqca vacib oyunda önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşır. Belə matçlara köklənmək çətindir. Qarşımızda əzmkar "Səbail" var idi. Bilirdik ki, oyun ağır keçəcək. Elə də oldu. Şükürlər olsun ki, sonda lazım olan qolu vurub qələbə qazandıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Çünki Azərbaycan çempionatında ikinci yarı həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq. 
Bir neçə kombinasiyalı hücumlarımız oldu. Sadəcə olaraq futbolçular həmin epizodlarda fərqlənə bilmədi. Son turlarda heç kim "Səbail"lə matçda asan qələbə qazanmamışdı. Səfərdə, süni örtükdə oynamaq bizim üçün əlavə problem idi. Birinci hissə diktəmizlə keçdi. İkinci yarıda pauzalar çox oldu. Bizim qola qədər oyunun dinamikası çox aşağı düşmüşdü. Qoldan sonra hər iki komanda canlandı. Meydanda istədiyim futbolu gördüm".
 

phrase_var_article.chosen
1
5
fanat.az

7phrase_var_article.sources