AZ

Qurban Qurbanovun oğlu: “Komandada həyəcan yox, məsuliyyət var”

“Bu oyundan əvvəl komandada həyəcan yox, məsuliyyət var”.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”la matç barədə fikirlərini dilə gətirib.

Ağdamlılar 17 turdan sonra topladığı 44 xalla qış çempionluğunu rəsmiləşdirsə də, görünən odur ki, Naxçıvan təmsilçisinin nəfəsini hiss edir.

Dekabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün yekun nəticəsi vacib suala aydınlıq gətirəcək – “Araz-Naxçıvan” çempionluq mübarizəsində “Qarabağ”a layiqli rəqibdir, yoxsa yox?

Musa qarşılaşmanın hər iki komanda üçün çətin keçəcəyini gizlətməyib:

“Bizim üçün çox vacib oyundur. Odur ki, matçın ciddiyətini anlayırıq.

Araz-Naxçıvan“ turnir cədvəlində ən yaxın rəqibimizdir. Həm də qış 2024-cü ildə son oyunumuzdur.

İstəyimiz görüşü qələbə ilə başa vurmaqdır. Komandaların hansı pillədə olması önəm daşımır.

Bu gün istənilən rəqib digərini büdrətməyi bacarır. “Şamaxı” ilə oyunda az qala xal itirəcəkdik. Ona görə də istənilən nəticənin qeydə alınması mümkündür”.

Bazar günü Respublika stadionunda keçiriləcək oyun saat 16:30-da başlayacaq.

HƏBİB

Seçilən
15
sportinfo.az

1Mənbələr