AZ

Jurnalistin məhkəməsində maraqlı məqamlar: Zərərçəkən ifadəsini dəyişdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttiham aktının elan olunması ilə başlanan prosesdə jurnalistin vəkili Zabil Qəhrəmanov Ərşad İbrahimovun qollarındakı qandalların açılmasını və şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsinə şərait yaradılması barədə vəsatət verib.

Vəsatətə münasibət bildirən prosesə sədrlik edən Natiq Əliyevqandalların açılmasına qərar versə də, onun şüşə qəfəsdən çıxarılmasına qarşı çıxıb.

Üzünü vəkilə tutan hakim “ürəyin istəyirsə, özün qəfəsə gir” deyə bildirib.

Bu isə vəkilin sərt etirazına səbəb olub.

Zabil Qəhrəmanov “Hesab edirəm ki, İbrahimovu qəfəsdə qalmasına qərar verən özü oraya girsin” deyib.

Prosesdə zərəçəkmiş qismində ifadə verən Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi olmuş Huriyət İsmayılova bildirib ki, 2021-ci ilin sonlarında fəaliyyətinə dair tənqidi yazıdan xəbər tutub.

Sonra Ərşad İbrahimovla telefon danışıqları olub və görüşüblər. Görüş zamanı niyə onu tənqid etməsini soruşub:

“Sonra Ərşad müəllim çıxıb getdi, ətrafımdakılar mənə başa saldı ki, “hörmət etmək” lazımdır.”

Hakimin “Nə üçün hörmət etmək lazım olduğunu dedilər? “Hörmət ” deyəndə nə nəzərədə tutulurdu?” sualına Huriyət İsmayılova belə cavab verib:

Pul verilməli olduğunu dedilər. Dedilər, verməsən, yenə yazacaq. Mən də Ərşad müəllimlə danışdım. Dedim, əmanətiniz məndədir. O da dedi ki, sizin yanınızda Gövhər xanım işləyir, ona verin. Mən də Gövhərə verdim”.

Ərşad İbrahimovun ondan ikinci dəfə 100 manat alması itthamına gəlincə, İsmayılova deyib:

“Zəng etdi ki, işçimin əmək haqqlarının verilməsində çətinliyim var, kömək et. Mən də 100 manat kömək etdim”.

Daha sonra vəkillə Huriyyət İsmayılova arasında dialoq davam başlayıb.

Vəkil: “Siz dediniz ki, 2021-ci ildə belə bir hadisə yaşanıb, doğrudur?

H.İsmayılova: “Dəqiq yadımda deyil, 2021-ci ilin axırı, ya da 2022-nin əvvəli idi.

Vəkil: Bəs necə oldu ki, 2 il sonra şikayətçi oldunuz? Gəncədə prokurluq, Baş Polis İdarəsi olduğu halda niyə 2 il sonra“Bandotdel”ə getdiniz?

H.İsmayılova: “Mən şikayətçi olmadım, Mütəşəkkildən (DİN-nin BMCQMİ-ni nəzərdə tutur) zəng etdilər, çağırdılar. Orada ərizə yazdım.

Növbəti zərərçəkən Bəhruz Dadaşov isə ifadəsində deyib ki, lombard fəaliyyəti ilə məşğuldur:

Bir gün mənə link yolladılar ki, kiminsə guya çirkli pullarını yuyuram. Mən kəlbəcərli kimi Ərşadı tapdım. O mənə Cəlilabadda olan jurnalistin nömrəsini verdi. Ramin adlı şəxs idi, zəng etdim. Dedi ki, Ərşadla danış. Mən də Ərşada 1000 manat verdim və 1 saat sonra yazı silindi.

Bəhruz Dadaşovun ifadəsinə münasibət bildirən Ərşad İbrahimov həmin yazının onun rəhbəri olduğu “dunyaninsesi.az” saytında deyil, “turantv” adlı saytda dərc olunduğunu bildirdi:

“Sən özün mənə zəng edib, kömək istədinmi?” sualına isə Bəhruz Dadaşov “bəli” cavabını versə də, amma pulu ona verdiyini dedi.

Daha sonra Bəhruz Dadaşov Ərşad İbrahimovun suallarını cavablandırdı.

Ərşad İbrahimov: Mənim nömrəmi haradan tapdın? Mənə nə üçün zəng etdin?

Bəhruz Dadaşov: Gəncə balaca şəhərdir. Vüsal adlı həmyerlimizdən aldım.

Ərşad İbrahimov: O yazı başqa saytda gedib, niyə məhz mənə zəng edirdin?

Bəhruz Dadaşov: Dedilər ki, bu işi sən yoluna qoya bilərsən. Mən də sənə zəng edib danışdım.

Ərşad İbrahimov: Mən də sənə həmin saytın rəhbərinin telefonunu verdim…

Bəhruz Dadaşov: Bəli, amma o dedi ki, Ərşadla danışın, həll edin. Səninlə də görüşdük, 1000 manat verdim.

Vəkil: Sən pulu hədə-qorxu ilə verdin?

Bəhruz Dadaşov: Dostlarımın adı keçmişdi, dedim, silinsin.

Vəkil: Bəs necə oldu ki, şikayətçi oldun?

Bəhruz Dadaşov: Mən şikayətçi olmadım. Məni “Bandotdel”ə çağırdılar. Dedilər, belə bir şey olub. Müstəntiq də məni dindirdi. Olanı dedim, indi heç bir şikayətim yoxdur. Biz kəlbəcərliyik, olmamalıydı, amma oldu.

İstintaqın zərərçəkən kimi təqdim etdiyi musiqi müəllimi Xəqani Bəhramoğlu isə ifadəsində dedi ki, işlədiyi məktəbin müəllimi haqqında tənqidi yazını saytda görüb və həmkəndlisi olan Ərşadı tapıb:

“Mən Ərşad müəllimlə bir kənddənəm. Xahiş etdim ki, yazını silsin. O da sağolsun, məni eşitdi. Dəvət etdim ki, Mingəçevirə gəlsin, qonaqlıq verim. O gəlmək istəmədiyini deyəndə xahiş etdim ki, kart yollasın. Xahişimdən sonra kart yolladı və mən ona 100 manat vurdum”.

Qeyd edək ki, proses zamanı dövlət ittihamçısı zərərçəkən kimi təqdim olunan şəxslə yönləndirici və çaşdırıcı suallar versə də, o, Ərşada 100 manatı hədə-qorxu nəticəsində vermədiyini dedi.

Proses davam edir.

Elmar

Gununsesi.info

phrase_var_article.chosen
1
1
turkustan.az

2phrase_var_article.sources