Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
"2024-cü ilin may ayından etibarən Dövlət Departamenti 100-dən çox Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq etmək üçün addımlar atıb", - Dövlət departamentin sözçüsü bildirib.
Bir qayda olaraq, Dövlət Departamenti ABŞ vizaları almağa qadağa qoyulacaq şəxslərin adlarını hələki açıqlamır.
Vaşinqton həmçinin bu həftə iki yüksək rütbəli gürcü məmurunu - daxili işlər naziri Vaxtanq Qomelauri və Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar İdarəsinin rəis müavini Mirzə Kezevadzeni həftələrdir davam edən Avropayönlü etirazları amansızlıqla yatırdıqlarına görə hədəfə alıb.
Bu addım onların ABŞ-dakı bütün aktivlərini dondurur və ümumiyyətlə amerikalılara onlarla işləməyi qadağan edir. Bu məmurlarla əməkdaşlıq edənlər də cəza tədbirləri ilə üzləşə bilər.
Etirazlar noyabrın sonunda “Gürcü arzusu” rəhbərliyinin 2028-ci ilə qədər Avropa İttifaqıyə üzvlük danışıqlarını dayandırdığını elan etdikdən sonra güclənib.
Transparency İnternational təşkilatı bildirib ki, son iki həftə ərzində ölkə üzrə 460-dan çox insan saxlanılıb, 300-dən çox nəfər pis rəftara və ya işgəncəyə məruz qalıb, o cümlədən onlarla media işçisi.
ABŞ repressiyaları pisləyib və “Gürcü Arzusu” rəsmilərinə qarşı əlavə cəza tədbirləri görəcəyinə söz verib.