AZ

QİAD üzvlərinin sayının artacağına inanırıq - Cabbar Heybətov

Quba, TurkicWorld:

Quba İş Adamlarına Dəstək-QİAD platformasınq üzv olan sahibkarların sayının artacağına inanırıq.

TurkicWorld xəbər verir ki, bunu Quba İş Adamlarına Dəstək-QİAD platformasının sədri Cabbar Heybətov, qubalı sahibkarlarla keçirilən görüşdə deyib.

Heybətovun sözlərinə görə, qurumun yarandığı gündən əsasəs məqsədi,Qubanın işadamları bir yerə toplamaq, birgə fəaliyyət göstərmək , rayonunun iqtisadiyyatina töhvə verməkdir.

“ Gəlin Quba İş Adamlarına Dəstək platformasının işinə birgə sizlərlə sahiblənək , işlərimizi inkişaf etdirək , hədəflərimizi böyüdək. İnsan həyatı boyu bir işi tək başına edə bilər , böyük uğurlara imza atmağa gəldikdə isə, həmfikirləri ilə təşkilatlanaraq işbirliyi ilə birgə hərəkət edərək çata bilər”-deyə QİAD sədri bildirib.

Onun sözlərinə görə, QİAD sıralarına üzv olanların sayı daha da artacaq.

“Tədbirlərimizə , toplantılarımıza , fəaliyyət sahələrimizə, iş həyatımıza yeni layihələr, yeni iş adamları qazandırmaq üçün cəsarətimiz , gücümüz yetecək.Zaman zaman rayonumuza gələcək iş adamlarını fəaliyyət sahəmizə uyğun olacaq şəkildə birgə qarşılayaq , birgə Bakıda fəaliyyət göstərən həmkar iş adamları ilə onların yaratdığı təskilatlarla görüşlər təşkil edək, istər yerli və ya beynəlxalq sərgilərə çıxaq, yeniliklərə açıq olaq”-deyə o bildirib.

Qeyd edək ki, bu gün Quba İş Adamlarına Dəstək-QİAD platformasının təşkilatçılığı, "Pətək" bal evi və "Polymart" şirkətinin sponsorluğu ilə Qubada sahibkarlar "Səhər Yeməyi" proqramında bir araya gəliblər.

tədbirdə Quba Rayon İcra Hakimiyyətində Şöbə müdirinin müavini Loğman Əliyev, Quba KOB Dostu Asif Cəfərov, Quba ABAD Factory İstehsalat Birliyinin direktoru Elxan Nağıyev, QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, İdarə Heyəti üzvləri və bölgə sahibkarları iştirak edib.

50 sahibkarın iştirakı ilə keçirilən tədbirin məqsədi bölgədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin sıxlaşdırılması, şirkətlərarası ticarətin inkişafı, dövlət-özəl dialoqunun artırılması, dayanıqlı tərəqqinin dəstəklənməsidir.

Görüş fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar arasında ikili görüşlərlə davam edib.

QİAD platformasının 2025-ci il üçün nəzərdə tutulan fəaliyyət planına əsasən il ərzində bu qəbildən olan görüşləri davam etdirməyi, sosial-iqtisadi sahədə əhəmiyyətli layihələrə imza atmağı hədəfləyir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, şimal regionunda da yaranmış münbit iqtisadi mühit, dövlət dəstəyi sahibkarlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəkdir.

QİAD platformasının üzvlərinin təşəbbüsü bu istiqamətdə dövlətimizin siyasətini dəstələyərək sahibkarlarımıza, nəticədə ölkə iqtisadiyyatına öz mümkün töhfəsini verməkdir.

Məlumat üçün bildirək ki, bu il oktyabrın 25-də də QİAD qubalı sahibkarlarla görüş keçirib.

Görüşdə 500-dən çox sahibkar iştirak edib.

phrase_var_article.chosen
25
turkic.world

1phrase_var_article.sources