AZ

"Fasilədən sonra tam fərqli “Səbail” görəcəyik" - Cavid Hüseynov

style='margin-bottom:10px;'>

"Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb: 

– Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. Sonuncu pillədə olmağımızın üzərimizdəki təzyiqinə baxmayaraq, həftəboyu yaxşı hazırlaşmışdıq və rəqibimizi də yaxşı analiz etmişdik. Məğlub olduqdan sonra nəsə demək çətindir. Sadəcə olaraq rəqibə 1 şans verdik. Onlar da bunu dəyərləndirdi. Ani diqqətsizlik ucbatından qapımızda qol gördük.

– Sizcə, bu qədər məğlubiyyətlərin səbəbi nədir?

– Bunun bir çox səbəbi var. Artıq bir neçə turdur ki, bu səbəblər haqda danışırıq. Daha bunları yenə sadalamağım yersiz olar. Qış təlim-məşq toplanışımız zamanı çatışmayan cəhətlərimiz üzərində çalışacağıq ki, sonuncu pillədən qurtula bilək.

– Bu nəticələrə klub rəhbərliyi necə münasibət bildirir?

– Komandanın indiki durumu bəllidir. Onsuz futbolçu sayı da yetərli deyil. Rəhbərlik də bunu başa düşür. İnşallah ki, fasilədən sonra tam fərqli “Səbail” görəcəyik.

– Bura gəldiyinizə görə peşman deyilsiniz?

– Xeyr. (futbolpress.az)

phrase_var_article.chosen
6
1
teleqraf.com

2phrase_var_article.sources