Almaniya II Bundesliqasında 17-ci tur davam edir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” bu gün növbəti oyununa çıxacaq.
Komanda evdə “Braunşveyq” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Görüş “İdman TV” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Hazırda “Nürnberq” turnir cədvəlində 19 xalla 14-cüdür. “Braunşveyq” isə 13 xalla 17-ci pillədə qərarlaşır.
M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 12 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 6 matçda fərqlənə bilməyib.