AZ

Suriyanın keçid hökumətində yeni müdafiə nazirinin adı məlum olub

Suriyanın keçid hökumətində yeni müdafiə nazirinin adı məlum olub.

"Report" xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

Murhaf Əbu Kəsra keçid hökumətində Müdafiə Nazirliyinə rəhbərlik edəcək.

Bundan əvvəl Suriya silahlı qruplarının Müdafiə Nazirliyinin nəzarəti altında vahid strukturda birləşdiriləcəyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib.

Dekabrın 10-da 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Keçid hökuməti 2025-ci il martın 1-dək davam edəcək.

Seçilən
7
2
far.az

3Mənbələr