AZ

Roma Papasının halı pisləşib

Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək.

"Report" Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, soyuqladığı üçün dekabrın 22-i bazar günü Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.

Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.

phrase_var_article.chosen
1
24
far.az

10phrase_var_article.sources