İranda sərnişin avtobusu qəza nəticəsində dərəyə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Tasnim News" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Luristan əyalətində Andişmek və Poldoktar şəhərləri arasındakı yolda, Paalam ərazisində baş verib. Hadisəyə səbəb sürücünün sürət həddinə əməl etməməsi və bunun nəticəsində nəqliyyat vasitəsində idarəetməni itirməsi olub.
Qəza nəticəsində 10 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Müəllif: Arzu