Mərkəzi Seçki Komissiyası (MSK) 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında qərar qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Respublikaçı Alternativ (REAL), Ağ, Gələcək Azərbaycan, Ədalət, Vəhdət, Haqq Ədalət, Azərbaycan Demokrat, Azad Vətən, Müasir Müsavat və Yeni Zaman partiyalarının yanvarın 29-na təyin edilən bələdiyyə seçkisində səlahiyyətli nümayəndələri qeydə alınıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta