AZ

“Lukoil”da benzin yerinə su vurulub? - Video

“Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə iddia irəli sürülüb.

"Hurriyyet.Az" “Ölkə.az”-a istinadla xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib.

Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə “Şamaxinka”da yerləşən “Lukoil”dan yanacaq əvəzinə su vurublar:

“Sürücü 20.12.2024 tarixdə saat 21:05-21:30 radələrində şirkətimizə məxsus 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobil ilə “Şamaxinka”da yerləşən “Lukoil”dan 20 manatlıq Aİ92 benzin vurub. 200 m getdikdən sonra maşın sönüb. Gətirmişik ustaya yanacaq çənindən benzin yerinə su çıxıb. Mənə 500 AZN ziyan dəyib və “Lukoil” deyir ki, biz çəndən analiz götürməliyik”, - H.Novruzzadə qeyd edib.

Şikayətçi bildirib ki, bu 1 ay ərzində sözügedən şirkətin yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədir.

Qeyd edək ki, “Lukoil” yanacaqdoldurma məntəqələrindən bir-neçə dəfə də belə şikayətlər olub.

Seçilən
16
19
hurriyyet.az

10Mənbələr