Norveç polisi Almaniyanın Maqdeburq şəhərində baş verən hücumdan sonra ölkə ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “NRK” telekanalına Milli Polis Departamentinin sözçüsü Börn Eyrik Vannvik məlumat verib.
“Potensial təhlükə və insanların sıx olduğu yerlərdə patrul gücləndirilib və ərazidə olan polisin sayı artırılıb”, - Vannvik qeyd edib.