İspaniya La Liqasının 18-ci turunda “Barselona” “Atletiko Madrid”i qəbul edib.
“Far.Az” xəbər verir ki, baş hakim Rikardo De Burqosun idarə etdiyi matç Barselonanın Olimpiya stadionunda baş tutub.
Matçın 30-cu dəqiqəsində Pedri katalonları hesabda irəli çıxarıb. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, hücumlarını qolla tamamlaya bilməyiblər. Əvəzində 60-cı dəqiqədə “döşəkçilər” tablodakı rəqəmləri bərabərləşdiriblər: argentinalı mərkəz müdafiəçisi Rodriqo de Paul cərimə meydançasının həndəvərindən topu qapıya göndərib. Matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə norveçli hücumçu Aleksander Sörlot qonaqların növbəti qolunu vuraraq yekun hesabı müəyyənləşdirib: “Barselona” – 1, “Atletiko Madrid” – 2.
Qeyd edək ki, 18 turdan sonra “Atletiko Madrid” (41 xal) turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun artıq keçirmiş “göy-qırmızılar” isə 38 xalla ikincidirlər. Komandaların ən yaxın təqibçiləri isə əzəli rəqibləri “Real Madrid”dir (17 oyun, 37 xal).