Braziliyada sərnişin avtobusu yük maşını və minik avtomobili ilə toqquşması nəticəsində ölənlərin sayı 38-ə çatıb.
APA xəbər verir ki, Federal Avtomobil Yolları Polisi bu hadisəni 2007-ci ildən bəri baş vermiş ən ağır yol nəqliyyat qəzası kimi qiymətləndirib.
Ölü sayının artacağı gözlənilir. Belə ki, yanmış avtobusun içindən hələ də çıxarıla bilməyən cəsətlər var.
***
19:26
Braziliyada sərnişin avtobusu yük maşını və minik avtomobili ilə toqquşub.
APA -nın "Reuters"ə istinadən xəbərinə görə, Braziliyada içərisində 45 sərnişin olan avtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə avtobus qarşıdan gələn yük maşınına çırpılaraq yanıb.
İlkin məlumata görə, qəza zamanı 22 nəfər ölüb, yaralılar var. Yanğınsöndürənlər sərnişin avtobusundan 13 nəfəri xilas edə bilsələr də, digərlərinin çıxarılması ilə bağlı işlər davam etdirilir.