AZ

Cənubi Koreyanın kəşfiyyat aparatı orbitə çıxdı

Amerikanın “Falcon 9” raketi şənbə günü otuzdan çox mikro və nanopeykdən ibarət qrupu, o cümlədən Cənubi Koreyanın hərbi aparatını orbitə çıxarıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə daşıyıcını hazırlayan “SpaceX” şirkəti məlumat verib.

Raketin buraxılışı Kaliforniyada yerləşən ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasındakı SLC-4E start meydançasından həyata keçirilib.

“Bandwagon-2” missiyası çərçivəsində 29 kommersiya peyki, həmçinin 30-50 sm ayırdetmə qabiliyyəti ilə təsvir əldə edə bilən Cənubi Koreya hökumətinin optik-elektron kəşfiyyat aparatı orbitə göndərilib.

Çəkisi 50 kq-a qədər olan hər minipeykin orbitə çıxarılmasının dəyəri 300 min ABŞ dolları təşkil edib.

Seçilən
4
9
olke.az

10Mənbələr