AZ

Dünyanın ən bahalı qəhvəsi - Görün necə hazırlanır - FOTOlar

İndoneziyanın Bali adasında yerləşən "Kopi Luwak" qəhvəsi təkcə bir içki deyil, təbiətin sirlərini özündə daşıyan bir iksirdir.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, adını misk pişiyindən (luwak) alan bu qəhvə xüsusi istehsal prosesi ilə dünyanın ən bahalı içkilərindən biri halına gəlib. Hər kiloqramı min dolları keçən "Luwak qəhvəsi" həm dəbdəbənin, həm də bilinməyənlərin dadına maraq göstərənlər üçün nadir bir xəzinədir.

Bu qeyri-adi qəhvənin hazırlanması misk pişiyinin arabica və ya robusta qəhvə giləmeyvəsini yeməsindən başlayır. Giləmeyvələr pişiyin mədəsində fermentləşir və nəcisi ilə xaric olur. Nəcisdən çıxan qəhvə dənələri sonra təmizlənir, qurudulur və qovrulur. Bu proses bir həftə qədər çəkə bilər və nəticədə fərqli və zövq alıcı bir dad ortaya çıxır.

Bali adasının Ubud bölgəsindəki qəhvə fermasında işləyən Ni Ketut Budiani "Luwak" qəhvəsinin istehsalının zəhmətli və xüsusi bir proses olduğunu bildirir. Qəhvə dənələrinin təmizlənməsi, qurudulması və qovrulması hava şəraitinə görə dəyişir. Çünki açıq havada qurudulmuş lobya daha sıx bir ətir verir.

Bir fincan "Luwak" qəhvəsi təxminən 3,50 dollara satılır və turistlər üçün maraqlı bir təcrübə təklif edir. Qeyd edək ki, Bali ekzotik içkiləri ilə tanınır və qəhvə həvəskarları üçün unikal bir dayanacaqdır.

Fidan
Milli.Az

Seçilən
46
milli.az

1Mənbələr