Türkiyəli 79 yaşlı müğənni Mustafa Keser xərçəngə tutulub.
News24.az xəbər verir ki, bu barədə sənətçi qatıldığı dəvətlərdən birində bildirib.
O qeyd edib ki, öskürək problemi ilə getdiyi xəstəxanada müayinə zamanı xərçəng olduğu ortaya çıxıb.
"Səhhətim çox yaxşıdır. Heç vaxt xəstəliyim haqqında düşünmürəm. Əksinə, həyat yoldaşımla daha çox maraqlanıram" - deyə Mustafa Keser əlavə edib.
Sənətçinin həyat yoldaşı da xərçəngdən müalicə olunur. Mustafa Keser yeni ilk aylarında əməliyayt olunacaq.//baku.ws