AZ

Orban: Tramp andiçmə mərasimindən sonra Ukraynadakı münaqişənin həlli üçün addımlar ata bilər

Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl Ukraynadakı münaqişənin həlli üçün hər hansı addım atacağını gözləmək sadəcə olaraq qeyri-realdır, lakin yanvarın 20-də andiçmə mərasimindən sonra ilk 24 saat ərzində müəyyən qərarlar verilə bilər.

APA xəbər verir ki, bunu Budapeştdə ilin yekunlarına dair mətbuat konfransında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban deyib.

Viktor Orban əlavə edib ki, Ukraynadakı münaqişənin həlli Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvinə gətirib çıxarmalıdır.

Seçilən
23
2
apa.az

3Mənbələr