AZ

Alyaska sahilində güclü ZƏLZƏLƏ

ABŞ-nin Alyaska ştatının sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

 

Qeyd olunub ki, yeraltı təkanların episentri Ankoric şəhərindən 627 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 9,2 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

phrase_var_article.chosen
14
12
modern.az

10phrase_var_article.sources