AZ

Voloqdada Stalinə abidə ucaldılıb - Fotolar

Voloqdada

Rusiyanın Voloqda şəhərində, Stalinin 1911-1912-ci illərdə sürgündə yaşadığı bir ünvanda, vilayətin ev-muzeyinin ərazisində keçmiş SSRİ rəhbəri generalissimus İosif Stalinin abidəsinin açılışı olub.

Reyting.az
bildirir ki, dekabrın 21-də Telegram kanalında Voloqda vilayətinin qubernatoru Georgi Filimonov bu barədə məlumat verib.

Qubernator paylaşımında qeyd edib ki, vilayətdə Stalinin abidəsinin qoyulması "keçmişimizə ayıq, balanslı münasibətə doğru addımdır".



İlk dəfə belə bir təşəbbüslə çıxış edən rus kommunistləri və Rusiya Federasiyasında illərdir ki, siyasi fəaliyyət göstərən Rusiya Kommunist Partiyasının vilayətdəki yerli təşkilatı Stalinə abidə qoyulmasını böyük hadisə kimi qiymətləndiriblər.

Qubernator oktyabr ayında Voloqda sakinlərinə müraciətlə bəyan etmişdi ki, bölgə rəhbərliyi təklifi dəstəkləyib. Eyni zamanda, Georgi Filimonov Voloqdada bölgəsində Rus hökmdarı İvan Qroznıya da abidə ucaltmağı planlaşdırdıqlarını açıqlayıb.

Son illər ərzində Rusiyada demək olar ki,mütəmadi olaraq İosif Stalinin abidələri ucaldılır. 2023-cü ilin fevralında Volqoqrad şəhərində Stalinqrad döyüşü panorama muzeyində Sovet diktatoru Stalinin büstü qoyulmuşdu. Həmçinin 2023-cü ilin noyabrında Velikiye Luki adlı ərazidə, Mikron zavodunun girişində İ. V. Stalinin hündürlüyü səkkiz metr olan çox əzəmətli abidəsi qoyulub.



Voloqdanın qubernatoru tərəfindən yeni yayılan xəbərə şərh verən "The Moscow Times" nəşri yazır ki, Rusiyada ümumilikdə Stalinin 100-dən çox abidəsi ucaldılıb. Nəşr qeyd edib ki, SSRİ rəhbəri olmuş Stalinin heykəllərinin çoxu Şimali Osetiyada, Dağıstanda, eləcə də Yakutiya ərazisindədir.

Lakin müəyyən səbəblərdən İosif Stalinin abidələri mərkəzi küçələrdə deyil, adətən muzeylərin və yaxud da şəxsi mülklərin ərazisində ucaldılır.

Oqtay QORÇU
phrase_var_article.chosen
13
reyting.az

1phrase_var_article.sources