AZ

ABŞ- da güclü zəlzələ baş verdi

ABŞ-nin Alyaska ştatının sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.   Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Məlumatda qeyd olunur ki,  yeraltı təkanların episentri Ankoric şəhərindən 627 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 9,2 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
23
12
manset.az

10Mənbələr