AZ

"Almaniya Avropanı islamlaşdırmaq istəyir": Maqdeburqda terror aktını kim törədib?..

"Mən tarixdə İslamın ən aqressiv tənqidçisiyəm, Səudiyyə Ərəbistanına qayıtsam məni öldürəcəklər..."
 
Almaniyanın Maqdeburq şəhərində törədilən terror aktının araşdırılması zamanı maraqlı fakt üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb.
 
Heç demə, terrorçu əslən Səudiyyə Ərəbistandan qaçqın statusunda olan, İslamın ölkədə güclənməsinə qarşı çıxan və "Almaniya üçün Alternativ" partiyasını dəstəkləyən ixtisasca psixiatr olub.
 
Alman KİV-lərinin məlumatına görə, 50 yaşlı həkim Talıb Cavad Əl-Əbdül Möhsün 2006-cı ildə İslamı tənqid etdiyinə görə təqib ediləndən sonra Almaniyada qaçqın statusu əldə edib və bir çox illər ərzində Maqdeburq ətrafındakı Bernburq şəhərində psixiatr işləyib. Nəşrin yazdığına görə, o, həmçinin məhkumların reabilitasiya mərkəzində işləyib.
 
O, sosial şəbəkələrdə və yerli KİV-lərə verdiyi müsahibələrində öz siyasi baxışlarını fəal şəkildə ifadə edib. Əl-Əbdül Möhsün Berlinin onun kimi İslamın əleyhdarı olanları deyil,  "suriyalı ekstremistlərə" dəstək verməkdə Almaniyanı tənqid edib və "İslamın Almaniyanı fəth etdiyindən" məyusuğunu ifadə edib.
 
2019-cu ildə "Frankfurt Algemeine Zeytung" nəşrinə müsahibəsində Talib Cavad özünü "tarixdə İslamın ən aqressiv tənqidçisi" adlandırıb. "Buna görə mən təhdidlərə məruz qalmışam və Almaniyadan sığınacaq istəmişəm. Mən Səudiyyə Ərəbistanına qayıtsam, onlar məni öldürəcək".
 
Bu adam sosial şəbəkələrdə Almaniyada qaçqınlıq statusu almaq istəyən Səudiyyə Ərəbistanlı qadınlarına kömək etmək üçün platforma yaradıb. Burada dəstək almayan həkim Almaniya hakimiyyətini "ölkə daxilində və onun hüdudlarından kənarda qaçqın statusu almaq istəyənləri təqib etdiyinə və onların həyatlarını məhv etdiyinə görə" ittiham edib.
 
"Almaniya Avropanı islamlaşdırmaq istəyir", - o, sosial şəbəkələrdə yazıb. "Bild" qəzetinin məlumatına görə, doktorun dərc etdiyi fotomontajda Angela Merkelin əlində tutduğu plakatda bu sözlər yazılıb: "Mən Avropanı məhv etmişəm".
 
"The Wall Street Journal" nəşri əlavə edib ki, oktyabrın 7-dən sonra Əl-Əbdül Möhsün sosial şəbəkələrdə israilyönümlü postlar dərc edib. Bu materiallardan görünür ki, səudiyyəli psixiatrı terror aktına sövq edən Almaniyanın qaçqınlar və İslamla bağlı siyasətindən narazılığı olub.
 
O, böyük BMW avtomobilini icarəyə götürərək Maqdeburqun mərkəzinə yollanıb, orada bələdiyyənin təşkil etdiyi Milad Yarmarkasına gəlib. O, dekabrın 20-də səhər böyük sürətlə meydan ətrafında polis tərəfindən quraşdırılan hasarı keçərək təxminən 400 metr məsafəyə boyunca uzanan izdihamın üzərinə sürüb. Nəticədə 11 nəfər həlak olub, daha 60 nəfərdən çox adam yaralanıb.
phrase_var_article.chosen
20
moderator.az

1phrase_var_article.sources