AZ

“Şamaxı” “Sabah”ı “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, XVIII turda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

Son matçda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”la qarşılaşacaq. Matç 16:30-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Səbail”i məğlub edib - 1:0. “Turan Tovuz” – “Neftçi” (1:1), “Kəpəz” – “Sumqayıt” oyunlarında isə heç-heçə qeydə alınıb.

Seçilən
18
1
qafqazinfo.az

4Mənbələr