“Komo”nun fransalı keçmiş müdafiəçisi, hazırda klubun idarə heyətinin üzvü olan Rafael Varan italyan klubunun iddialarını açıqlayıb.
Arena.az “Eurosport” dərgisinə istinadən, Varanın bu barədə fikrini təqdim edir:
“Mən beş ildən sonra klubun A Seriyasında möhkəmləndiyini və avrokuboklarda yerlər uğrunda mübarizə apardığını görürəm. Komo gölü artıq əlamətdardır. Bizim məqsədimiz “Komo”nu futbolun irsinə çevirməkdir”, deyə Rafael Varan vurğulayıb.
İtaliya A Seriyasının 16 oyununda 15 xal toplamış “Komo” hazırda yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
“Komo” hazırda zəif kollektiv olaraq qəbul edilsə də, peşəkar tərəqqisi göz qabağındadır və ixtiyari iddialı komandaya başağrısı yaşada biləcək iqtidardadır. İspan mütəxəssis Sesk Fabreqasın yetirmələri A Seriyasının 16-cı turunca qəbul etdikləri “Roma”ya da gözlənilməz “sillə” çəkə biliblər – 2:0.