İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində bu gün "Tottenhem"in qonağı olacaq "Liverpul"un baş məşqçisi Arne Slot Hotspur təmsilçisi ilə oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "Liverpool Echo" belə çatdırıb:
"Mən rəqib komandanın baş məşqçisi Angelos Postekoğlu və bu mütəxəssisin oyun üslubu haqda o qədər xoş sözlər demişəm ki, onun agenti kimi görünə bilərəm!
Həqiqətən "Tottenhem"in oyununa baxanda David Jinola, Pol Qaskoyn, Glenn Hoddl və son illərdə bu komandada oynamış Luka Modriç, Rafael van der Vart haqda düşünürəm... Hə, təbii, Qaret Beyli də unutmaq olmaz. Onlar mənim üçün həmişə müəyyən brend olublar. Düşünürəm ki, hazırda Postekoğlu bu xüsusiliyi geri qaytarır.
Onları izləmək həmişə xoşdur. Ümid edirəm ki, titul qazanacaqlar, amma bu, İngiltərə Liqa Kuboku olmayacaq. Onlara Avropa Liqasında azarkeşlik edirəm. Titul vacibdir, çünki insanlar həmişə mükafatlardan danışırlar. Postekoğlu titul qazansa, insanlar onu hücum futbolunu sevdiyi üçün qınamayacaqlar. Lənət şeytana, axı həddən artıq hücum futbolunu necə oynamaq olar?"
Nihat