“Rusiya Prezidenti Vladimir Putin yeni il tətilini iş qrafiki çərçivəsində keçirəcək”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, artıq müəyyən planlar var:
“Prezident hər şeyi planlaşdıra bilər. Təbii ki, müəyyən planlar var. Aydındır ki, adi vətəndaşlar kimi o, bütün həftə sonu istirahət etməyəcək və hətta bu vəziyyətdə belə, mümkün deyil”, - Kreml nümayəndəsi qeyd edib.