Avropa İttifaqı Rusiyaya qarşı 2025-ci ilin fevralında qəbul ediləcək növbəti sanksiya paketinin hazırlıqlarına başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri Brüsseldəki diplomatlara istinadən məlumat yayıb.
Diplomatların sözlərinə görə, 16-cı sanksiya paketi Moskvaya "aydın mesaj" göndərmək məqsədi daşıyır. Bu çərçivədə, Rusiya iqtisadiyyatının indiyə qədər ya ümumiyyətlə təsirlənməmiş, ya da kifayət qədər təsir görməmiş spesifik sahələrinə qarşı tədbirlərin tətbiqi nəzərdə tutulur.