Yazını böyüt
Yazını kiçilt
Rusiya Federasiyası təhsil nazirinin keçmiş müavini Denis Qribov Moskva hava limanında dələduzluqla bağlı cinayət işi üzrə həbs edilib.
Hafta.az “Azadlıq” radiosunun rus bürosuna istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Müstəntiqlərin bildirdiyinə görə, işə aidiyyəti olan şəxs tabeliyindəki institutun keçmiş prorektoru, eləcə də tədris şirkətinin rəhbəri və işçisi ilə birgə büdcə vəsaitlərinin mənimsənilməsi sxemini işləyib hazırlayıb.
Nəticədə cinayət ortaqları 54 milyon rubl oğurlaya biliblər.