AZ

Deputat: “Azərbaycana qarşı qərəz davam etdirilir”

Avropa Parlamenti dekabrın 19-da Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib.
Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif olunur, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatının siyasiləşdirilməsinə cəhd göstərilir.
Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edərək bəyan edib ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var.
Ümumiyyətlə, bu qətnamə Avropa Parlamentinin ölkəmizə qarşı ilk qərəzli sənədi deyil. Müstəqillik dövrümüzdə təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə təşkilat ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyir. 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamentində ölkəmizə qarşı qəbul edilən qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Bütün bunlar Azərbaycana qarşı düşmənçiliyin göstəricisidir.
Avropa Parlamentinin qəbul etdiyi sənədin heç bir hüquqi qüvvəsi yoxdur və ölkəmiz üçün kağız parçasından başqa bir şey deyil!
 Fatma Yıldırım
 Milli Məclisin deputatı
phrase_var_article.chosen
26
xalq.az

1phrase_var_article.sources