AZ

Tramp Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaqla hədələyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Panama kanalının öz nəzarətinə qaytarılmasını tələb edə bilər. O, kanaldan istifadəyə görə yüksək tarifləri tənqid edib və 1999-cu ildə nəzarətin verilməsinin ABŞ-ın digər ölkələrə güzəşti deyil, “əməkdaşlıq jesti” olduğunu vurğulayıb.

“Truth” sosial şəbəkəsindəki paylaşımında Donald Tramp Panama kanalının ABŞ-ın ən mühüm strateji sərvəti olduğunu, ölkənin iqtisadi sabitliyini və təhlükəsizliyini təmin etdiyini qeyd edib. Bloomberg yazır ki, kanalla daşınan yüklərin ümumi həcminin təxminən dörddə üçü ABŞ-ın payına düşür. “Əgər kanalın Panamaya təhvil verilməsinin altında yatan mənəvi və hüquqi prinsiplərə əməl edilməzsə, biz onun tam qaytarılmasında israr edəcəyik”, -cənab Tramp bildirib.

Panama kanalı beynəlxalq əhəmiyyətli ən mühüm nəqliyyat su yollarından biri hesab olunur. O tamamilə Panama Dövləti daxilində yerləşir və Panamanın Sakit okean körfəzini Karib dənizi və Atlantik okeanı ilə birləşdirir. Kanal ABŞ tərəfindən tikilib və 1914-cü ildə açılıb. Amerika hakimiyyəti dəniz yolu üzərində nəzarəti 31 dekabr 1999-cu ilə qədər saxlayı, sonra Panama hökumətinə verilib.

S.ELAY

XQ

Seçilən
31
2
xalqqazeti.az

10Mənbələr