Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva İspaniyanın Sitges şəhərində keçirilən beynəlxalq turnirdə 34-cü pilləyə yüksəlib.
İdman.biz xəbər verir ki, o, IX turda Nikolozi Şamatavaya (Gürcüstan) qalib gələrək, aktivindəki xalların sayını 6-ya çatdırıb.
Səbinə İbrahimova Nunes Dominqo (İspaniya) ilə heç-heçə edərək yarım xal geri qalır. Lalə Hüseynova isə Harri Zenqə (İngiltərə) uduzaraq 4 xal toplayıb və ilk “100-lük”dən kənardadır.
İdman.biz