AZ

Tarixi mesajlar yeni geosiyasi reallıqların göstəricisidir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev Azərbaycanın maraqlarını layiqincə təmin edərək, güclü Lider, mahir diplomat və tarixi Sərkərdə olduğunu sübuta yetirmişdir. Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizin ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi, beynəlxalq müstəvidəki böyük nüfuzumuz məhz müdrik siyasətimizin bariz nümunəsidir. Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyev həm beynəlxalq platformalarda, həm də yerli və televiziya kanallarına olan müsahibələrində daim Azərbaycanın sülh, sabitlik ölkəsi olduğunu və güclü siyasətimizin humanizm prinsiplərinə əsaslandığını  diqqətə çatdırır. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Möhtərəm Prezidentimiz müsahibəsində Azərbaycanın bu günü, gələcəyi, xüsusilə də Qarabağda baş verən proseslərlə bağlı və digər mövzularda vacib məqamlara toxunub. Eyni zamanda Azərbaycanın gələcəyi ilə bağlı dövlətçiliyimizin, müstəqilliyimizin güclənməsi, təhdidlərdən xilas olma və s. istiqamətdə çox önəmli məsələlərdən danışlıb.  Hər zaman olduğu kimi yenə də cənab Prezident bu dəfə də çox dəqiq və açıq mesajlar verdi. Həm sülh müqaviləsinin imzalanması ilə bağlı, həm delimitasiya, demarkasiya kimi məsələlərlə bağlı həqiqətlər diqqətə çatdırıldı. Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?

Doğrudur, 30 ildən artıq müddətdə sadəcə kağız daşıyıcılar üzərində səmərəsiz işlər aparan bir təşkilatın- ATƏT-in Minsk qrupunun fəaliyyətinə daha ehtiyac yoxdur. Ona görə ki, Azərbaycan öz gücü hesabına tarixi ədaləti bərpa edib. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh təklifi irəli sürüb. Ermənistan bu təkliflə razılaşıb, müqaviləni imzalayarasa regiona davamlı sülh gələcək. Əks təqdirdə revanşist meyillərə qarşı qüdrətli “Dəmir Yumruq” yerindədir.  Xüsusilə qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin verdiyi tarixi mesajların Ermənistan üçün vacib və danılmaz olduğunu təkzib etmək məhz Ermənistanın növbəti ağır məğlubiyyəti ilə nəticələnə bilər.

İlham Məmmədov,

Milli Məclisin deputatı

phrase_var_article.chosen
21
ikisahil.az

1phrase_var_article.sources