AZ

Qardaş qardaşa “gözdağı” verdi: “Qarabağ”la etdiklərimizdən daha artığını etməliyik”

“Qarabağ” kimi güclü rəqiblə oyunda nəyə qadir olduğumuzu göstərdik.

Bu tempdə davam etməyə çalışacağıq”.

“Şamaxı”ın kapitanı Leroy Mikels Sportinfo.az-a “Sabah”la qarşıdakı görüş barədə danışıb.

Həftəiçi “Qarabağ”la üz-üzə gələn bölgə təmsilçisi son çempiona qarşı layiqli mübarizə aparsa da, son saniyə qoluna üzüldü.

İndi isə sırada medallar uğrunda mübarizə aparan və Vasili Berezutskinin gəlişindən sonra uduzmaq bilməyən “Sabah”dır.

Almaniyalı vinger qış fasiləsinə məğlub yollanmayacaqlarına inandığını bildirib:

“Hər oyunda məqsədimiz qələbə qazanmaq olduğu kimi, bu görüşə də eyni istəklə çıxacağıq. Düzdür, “Sabah” son həftələrdə yüksəlişdədir, qələbələr qazanıb.

Lakin biz doğma meydanda oynayırıq, ardınca qış fasiləsi yaranacaq. İstirahətə nikbin əhval-ruhiyyədə yollanmaq üçün “Qarabağ”la oyunda etdiklərimizdən daha artığını etməliyik. Bacaracağımıza inanıram”.

Maraq üçün bildirək ki, bu görüş həm də Coy-Lens Mikels və Leroy Mikels qardaşlarının dueli kimi yadda qalacaq.

Dekabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

HƏBİB

Seçilən
16
sportinfo.az

1Mənbələr