Almaniyanın 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" evdə “Braunşveyq”lə qarşılaşıb.
Matç "Nürnberq"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 49-cu dəqiqədə Stefanos Tsimas vurub.
Mahir də bu oyunda iştirak edib. Əvvəlki matçlardan fərqli olaraq, o, bu dəfə ehtiyatda yer alıb. Emreli 78-ci dəqiqədə Tsimasın əvəzinə meydana çıxıb.
Hazırda “Nürnberq” turnir cədvəlində 22 xalla 11-cidir. “Braunşveyq” isə 13 xalla 17-ci pillədə qərarlaşır.
M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 6 matçda fərqlənə bilməyib.