AZ

Sloveniya İsrailin “Eurovision”dan kənarlaşdırılmasını tələb edir


Sloveniya Yayım İdarəsi Avropa Yayım Birliyinə (EBU) rəsmi məktub göndərərək İsrailin 2025-ci ilin mayında Bazeldə (İsveçrə) keçiriləcək “Eurovision 2025 Mahnı Müsabiqəsi”ndə iştirakdan məhrum edilməsini tələb edib.
Yeniavaz.com
xəbər verir ki, Sloveniya İsrailin mahnı müsabiqəsindən kənarlaşdırılmasını tələb edən ilk ölkə oldu.
Üstəlik, Sloveniyada İsrail təmsilçisinin çıxış edəcəyi təqdirdə daha iki təşəbbüs ortaya çıxarılıb: öz iştirakçısını müsabiqəyə göndərməmək və israilli sənətçinin musiqi ifası zamanı ekranı qaraltmaq. İndiyə qədər iki təklif dəstək tapmayıb.
Xatırladaq ki, 2024-cü ildə bir neçə ölkə İsraili “Eurovision”dan uzaqlaşdırmağa çağırdı, lakin Avropa Yayım Birliyi bütün tələbləri rədd etdi.
Seçilən
30
1
yeniavaz.com

2Mənbələr