AZ

Stoiçkovun "Qızıl top"una həsr olunmuş matçda faciə

Xristo Stoiçkovun "Qızıl top"u qazanması münasibətilə keçirilən yubiley matçında faciə yaşanıb.

İdman.biz xəbər verir ki, 34 yaşlı futbolçu Martin Deçev dünyasını dəyişib.

MOİK (Sofiya) klubunun yaydığı məlumata görə, veteran oyunçu qəfildən vəziyyəti pisləşib və yerə yıxılıb. Həkimlərin köməyinə baxmayaraq, Martinin həyatını xilas etmək mümkün olmayıb.

Deçev karyerası ərzində MOİK (Sofiya), "Ludoqorets", "Slaviya" (Sofiya) kimi klublarda çıxış edib. O, 2017-ci ildə zədə üzündən futbolla vidalaşmağa məcbur olub.

Qeyd edək ki, Stoiçkov 1994-cü ildə "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına layiq görülüb.

İdman.biz

Seçilən
38
idman.biz

1Mənbələr