AZ

Qərbi qorxuya salan “Arxangelsk” bu ay xidmətə başlayacaq

“Arxangelsk” nüvə sualtı qayığı dekabrda Rusiya Hərbi Dəniz Qüvvələrinin xidmətinə veriləcək.

Publika.az xəbər verir ki, modernləşdirilmiş 885M (Yasen-M) layihəsinin ən yeni çoxməqsədli K-564 "Arxangelsk" nüvə sualtı qayığı dekabrın sonunadək xidmətə başlayacaq.

Bu barədə TASS mənbələrə istinadən bildirir ki, Yeni il günü "Arxangelsk" Hərbi Dəniz Qüvvələrinə qoşulacaq.

"Qayıq sınaqlardan uğurla keçib və donanmaya təhvil verilməyə tam hazırdır”, - xəbər agentliyinin həmsöhbəti bildirib.

Bundan əvvəl ABŞ-ın "The National Interest" nəşri Qərb ölkələrinin Rusiyanın 885M Yasen-M layihəsinin çoxməqsədli nüvə sualtı qayıqlarının imkanlarını lazımi səviyyədə qiymətləndirmədiyini yazmışdı. Bu qayıqların səsdən sürətli “Zirkon” raketlərini daşımağa qadir olduqları qeyd edilib.

Hərbi ekspert Draqo Bosniç isə yazdığı məqalədə vurğulayıb ki, Qərb "Zirkon"ların potensialından qorxur, çünki onların sürəti və enerjisi digər oxşar silahlarla müqayisə oluna bilməz.

Seçilən
29
1
publika.az

2Mənbələr