AZ

Türkiyədəki suriyalılar ölkələrinə qayıdırlar

Ölkələrinə qayıtmaq istəyən suriyalılar Hataydakı (Türkiyə) Cilvegözü, Yayladağı və Zeytindalı sərhəd qapılarından keçməyə davam edir.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, ailəsi ilə Hələbə gedəcək 13 yaşlı Nizar Zebdiye ölkəsini gördüyü üçün həyəcanlı olduğunu vurğulayaraq deyib: "O tiranlar ölkəmi tərk etdi. Biz də ölkəmizə gedirik, amma Türkiyəni unuda bilmərik".

Suriyadakı vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınanlar 61 illik Baas rejiminin devrilməsindən sonra ölkələrinə qayıtmaq üçün Hataydakı hər üç sərhəd qapısından istifadə edirlər.

Məlumata görə, Reyhanlı rayonundakı Cilvegözü Sərhəd Qapısına gələnlər asayişi qorumaq üçün jandarma tərəfindən yaradılan dəhlizdə gömrük prosedurları üçün növbə gözləyirlər.

Burada yerləşdirilən İmmiqrasiya Administrasiyasının Səyyar Xidmət Bölməsinin avtomobilləri də çıxış prosedurlarının sürətləndirilməsinə töhfə verir.

Gömrük prosedurları bitənlər Suriyaya keçir.

Türk Qızıl Aypara və digər yardım təşkilatları bölgədəki ailələrə və məmurlara isti şorba və şirniyyat paylayır.

Vilayət Miqrasiya İdarəsi qrupları da suriyalılara əşyalarını daşımaqda köməklik edir.

Cilvegözü Sərhəd Qapısına gələn suriyalılardan 17 yaşlı Kamal Güra 2016-cı ildə Türkiyəyə gəldiyini və Şanlıurfada yaşadığını bildirib.

Anası, atası və iki qardaşı ilə Şama getmək üçün yola düşdüyünü ifadə edən Güra, "8 ildir evimi görmədiyim üçün müharibə bitdikdən sonra geri qayıdıram. Evim üçün çox darıxıram. Evim möhkəmdir, amma bir az təmirə ehtiyacım var", deyib.

Güra prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, "Bizi heç kim görmədi, o bizə kömək etdi. Türklərə çox təşəkkür edirəm", - deyib.

21 yaşlı Zeki Şabbur da 11 ilə yaxındır yaşadığı Türkiyənin qonaqpərvərliyindən məmnunluğunu ifadə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
26
2
ikisahil.az

6Mənbələr