AZ

Mislav Orşiç “Trabzonspor”dan ayrıldı

Türkiyənin “Trabzonspor” klubu 2023-cü ilin yayında heyətinə qatdığı xorvatiyalı sol vingeri Mislav Orşiç ilə yollarını ayırıb.

Arena.az bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçuya hansısa təzminat məbləği ödənilməyəcəyi də xüsusi vurğulanıb.

Xatırladaq ki, “Trabzonspor” Mislav Orşiçi 2023-cü ilin iyul ayında İngiltərənin “Sauthempton” klubundan transfer etmişdi. Türkiyə klubu bu transferə görə “Sauthempton”a 2,4 milyon avro ödəmişdi. Orşiç isə Trabzon təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atmışdı.

Xorvat futbolçu “Trabzonspor”da cəmi 16 oyuna çıxıb. Bu görüşərdə cəmi 1 məhsuldar ötürməsi olan futbolçu zədə səbəbindən uzun müddət idi komandaya kömək edə bilmirdi.

Orşiç daha öncə “Sauthempton”, “Dinamo” (Zaqreb), “İnker”, “Ulsan Hyundai”, “Jeonnam Draqons”, “Çelye”, “Çanqçun Yatay”, “Spetsiya” kimi klubların da formasını geyinib. O, Xorvatiya milli komandasında keçirdiyi 27 oyunda 2 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
19
arena.az

1phrase_var_article.sources