“Şəki” basketbol klubu yeni transfer edib.
Klubun mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, amerikalı hücumçu Terens Hanter-Vitfild ilə müqavilə bağlanılıb.
25 yaşlı basketbolçu cari mövsüm İraqın “Əl-Hilla” komandasında 5 oyun keçirib.
Qeyd edək ki, bu transfer zədələnərək mövsümü erkən başa vurmuş Kris Bartonun yerinə nəzərdə tutulub.