AZ

"Tramp bunu etsə..." – Gürcüstanın gözləntisi nədir?

“Donald Tramp bildirib ki, məqsədi ABŞ sturkturlarını “dərin dövlət”dən azad etməkdir. Əgər o, bunu etsə, bu, Gürcüstanın maraqlarına müsbət təsir göstərəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əsas odur ki, bunu hər hansı bir başqa konkret siyasətçi deyil, Donald Tramp edəcək.
“O, bunu etsə, ABŞ və Gürcüstan arasında münasibətlər yaxşılaşacaq”, - İ.Kobaxidze qeyd edib.
Baş nazir ABŞ-nin “Makkeyn İnstitutu”nun proqram rəhbəri Lora Torntonun “X” hesabında yazdığı “Gürcü Arzusu”nun saylı günləri qalıb” sözlərinə də münasibət bildirib.
“Laura Tornton ciddi insan deyil, ona görə də onun haqqında ciddi şərh verə bilmərəm. Lakin “Makkeyn İnstitutu”na gəlincə, bu, həm də “dərin dövlət”in birbaşa təzahürüdür”, - hökumət başçısı söyləyib.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
16
teleqraf.com

1phrase_var_article.sources