Suriyanın şimalında “Fırat kalkanı” və “Barış pınarı” bölgələrində müəyyən edilən 6 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən açıqlamada, “Harda olurlarsa olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!”, - sözləri qeyd olunub.