AZ

Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın Baş naziri Fransua Bayru ən aşağı reytinqlə işə başlayıb. Həmvətənlərinin yalnız 34%-i onun təyinatını və yeni statusunda ilk addımlarını bəyənir.
Oxu.Az xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (IFOP) "Le Journal du Dimanche" qəzetinin sifarişi ilə 2 min fransız arasında keçirdiyi sorğu təsdiq edir.
Tədqiqatçılar qeyd edirlər ki, Bayrunun sələfləri nəzərəçarpacaq dərəcədə yüksək bəyənmə reytinqləri ilə işə başlamışdılar.
Məsələn Mişel Barnye ilk iş ayında həmvətənlərinin 45%-nin dəstəyini qazanmışdı. Ondan əvvəlki Nazirlər Kabinetinin rəhbərləri Qabriel Attal və Elizabet Born müvafiq olaraq 54% və 57% müsbət reytinqlə vəzifələrinin icrasına başlamışdılar.
Seçilən
13
6
oxu.az

10Mənbələr