Son 24 saat ərzində Moskva və Moskva vilayətində ictimai yerlərdə 10-dan çox bankomatın qəsdən yandırılması və pirotexniki vasitələrin partladılması hadisələri qeydə alınıb.
"Ölkə.az" xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, ticarət mərkəzləri və digər ictimai obyektlərdə baş verən bu pozuntuların arxasında telefon dələduzlarının əmrləri dayanıb. "Hadisələrin icraçıları saxlanılıb və onların çoxu yaşlı insanlardır", – deyə orqan nümayəndəsi bildirib.
Hal-hazırda bu faktlarla bağlı araşdırmalar aparılır və nəticələrə uyğun hüquqi qərarlar qəbul ediləcək.