Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Şamaxı" "Sabah"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmanın 23-cü dəqiqəsində Edqar Adilxanov hesabı açıb. 38-ci dəqiqədə “Sabah”ın futbolçusu Pavol Safranko bərabərlik qolunu vurub.
Komandalar ikinci hissəyə bu hesabla başlasalar da meydan sahibləri 55-ci dəqiqədə Belajdi Pusinin, 62-ci dəqiqədə isə Leroy Mikelsin qolları ilə qələbəni təmin ediblər.
Misli Premyer Liqası,
18-ci tur
22 dekabr
14:00. “Şamaxı” 3–1 “Sabah”
Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”