AZ

Tanınmış iş adamı Fransada futbol klubu ALDI


Türkiyəli iş adamı Tarkan Ser Fransanın ilk futbol klublarından olan, 1899-cu ildə qurulan "Ruan" komandasını alıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Ölkə futbolunun ayaqda qalması üçün ilk növbədə qloballaşmaq lazımdır. Fransadakı sərmayələrimiz arasında yer alan "Ruan" komandasının hazırda 20 mindən çox azarkeşi var. Məqsədimiz Liqa 1-də mübarizə aparmaq, baxımlı heyət yaratmaq, keçmişdə çox istedadlı və uğurlu oyunçular yetişdirmiş "Ruan" komandasını köhnə əfsanəvi günlərinə gətirmək və infrastruktura önəm verməkdir", - deyə Tarkan Ser bildirib.

Qeyd edək ki, hazırda "Ruan" Fransanın üçüncü futbol divizionunda çıxış edir.


phrase_var_article.chosen
5
13
news24.az

10phrase_var_article.sources