AZ

"Sənət yox, gündəm olmaq üçün məşq edirlər"

"Son zamanlar belə başa düşürəm ki, bəziləri xüsusi ilə gündəm olmaq üçün çalışırlar. Sənət yox, gündəm olmaq üçün məşq edirlər. Deyirlər kli, "Mən sənə bunu deyəcəm, sən mənə bu cavabı ver".

"Ölkə.az" xəbər verir ki, bu sözləri tarzən Humay Qədimova "Gün ortası" verilişində deyib. Sənətçi də bəzi müğənnilərlə problem yaşasa da, bunu öz aralarında həll etdiyini bldirib:

"Amma bizim gördüyüm tərbiyə belədir. Duz-çörək kəsdiyim sənətçi qızlar var. Onlarla gözəl münasibətlərimiz var. Guya bizim aramızda söz-söhbət olmur ki? Telefon var, bu nə üçündür? Zəng vurub deyirik ki, bunu etmə. Biz bunu votsapda qrup formalaşdırıb, orada danışrıq. Bunlara gündəmə çıxarmırıq".

Seçilən
19
5
olke.az

6Mənbələr