Milli Məclisin deputatı Zaur Şükürov Milli Məclisdə “Diplomatik xidmət haqqında qanun layihəsinin” müzakirəsi zamanı yeni təkliflə çıxış etdi.
XALQ.AZ məlumat verir ki,dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyən “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) barədə çıxış edərək, qanunun qəbulunun vacibliyini və əhəmiyyətini vurğulayaraq, qanun layihəsini dəstəklədiyimi bildirib.
Deputat qeyd edib ki,beynəlxalq təcrübə nəzərə alınaraq tərtib edilmiş, diplomatik xidmət orqanları əməkdaşlarını düşündürən çoxsaylı məsələlərin öz əksini tapdığı belə bir vacib qanun layihəsinin hazırlanmasında bilavasitə yaxından iştirak etmiş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, habelə səmərəli rəy və təkliflərini təqdim etmiş aidiyyəti qurumlarımıza təşəkkür edib.